Məqalələr / Vaginizm

Vaginizmin hansı ağırlaşmaları ola bilər? Burda hər şey aydındır – əlaqənin olmaması cinsi həyatın olmamasına gətirib çıxarır (yalnız çox az ailələr yaranmış problemi özbaşına həll edə bilir, üstəlik kontaktsız cinsi həyatı bərpa edir). Bu isə o deməkdir ki, cütlüklər arasında harmoniya pozulur, əlavə stress halları, psixoloji problemlər yaranır (hansılarının ki, proqressivləşmə xassəsi var). Nəticə olaraq – ailələr dağılır, depressiyalar və s. yaranır. Ona görə, əziz xanımlarımız, vaginizmin elə ilk əlamətləri yarandıqda peşəkar tibbi yardıma mütləq müraciət eləmək lazımdır!