Məqalələr / Vaginizm

Vaginizmin dərəcələri
Vaginizm xəstəliyi 3 dərəcələrə bölünür:
•Birinci dərəcədə qadının uşaqlıq yolu əzələləri uşaqlıq yoluna istənilən daxilolma cəhdi zamanı (kişi cinsi orqanı, tampon və ya ginekoloji müayinə zamanı alət və ya həkimin barmaqları) reflektor olaraq yığılır.
•İkinci dərəcədə əzələlərin reflektor yığılması xarici cinsiyyət üzvlərinə kiçik toxunma zamanı da baş verir.
•Üçüncü dərəcədə qadın hətta uşaqlıq yoluna nəyinsə daxil olduğunu fikirləşdikdə belə əzələlərin reflektor yığılması baş verir.