Lakin bu o demək deyil ki, polip aşkar olunduqda, müalicədən imtina etmək lazımdır. Nadir hallarda olsa da polip vaxt keçdikcə xərçəngə çevrilə bilər. Polip uşaqlığın daxili qişasında və ya uşaqlıq boynu kanalın daxilində əmələ gəlir. Polip cavan qadınlarda və hətta qızlarda əmələ gələ bilər. Menopauzadan əvvəl poliplər daha tez-tez inkişaf edir. Bu qadının orqanizmində gedən hormonal fonun dəyişilməsi ilə izah oluna bilər. Polip bu kimi simptomlar verir: •menstrual dövrün pozulmaları •menstruasiya zamanı güclü qanaxmalar •menstruasiyalar arası uşaqlıqdan ağ selikli ifrazatların olması •cinsi əlaqədən sonra qanlı ifrazatlar •menstruasiyalar arası qanaxmalar •qarının əşağı hissəsində ağrılar (böyük ölçülü poliplərdə) •sonsuzluq.
Polip konservativ və cərrahi üsulları ilə müalicə olunur. Müalicənin üsulu həkim tərəfindən fərdi şəkildə seçilir. Konservativ müalicə zamanı qadına müəyyən hormonal preparatlar təyin olunur. Lakin konservativ müalicə hər zaman lazım olan nəticə vermir. Bu halda cərrahi üsullar istifadə oluna bilər. Bəzən poliplərin xaric olunması laparoskopik üsulu ilə həyata keçirilir.
Məqalələr / Ginekoloji Xəstəliklər