Hər ay qadınların yumurtalıqlarında içərisində yumurta hüceyrəsi olan follikul yetişir. Bu follikul tədricən böyüyür və partlayır. Ve partlamish follikuldan xaric olan yumurtahüceyrə qarın boşluğuna düşür. Bu prosess- ovulyasiya adlanır. Lakin bəzi hallarda dominant follikul ovulyasiya üçün lazım olan ölçülərə kimi böyümür, digər hallarda dominant follikul ovulyasiya olunmur, böyüməkdə davam edir. Bu cür “ölçülərini” aşmış follikul yumurtalığın follikulyar kistasıdır. Əksər hallarda bunların səbəbləri:
- Qadında olan hormonal pozulmalar.
- Əgər orqanizmdə estrogen yüksəkdirsə
- Əgər 2-ci fazada proqesteron çatışmamazlıği varsa
- Ginekoloji xəstəliklər
- Cinsi orqanlarda əməliyyatlar
- Abort
- Uzun müddətli stresslər
Çoxlu miqdarda qəbul olunan spirtli içkilər. Qadının hormonal fonu normaya salmaq üçün, qidalanmanı balanslaşdırmaq, yaxşı istirahət etmək ve düzgün diaqnostika, müalicə bu problemi həll edir.
Ginekoloji Xəstəliklər / Təbii Doguş / Keysəriyyə Əməliyyatı