Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək, "spirallar" ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.
Uşaqlıq daxili spiralın əsas iki növü var- mis tərkibli spiral və hormonal tərkibli spiral. Hormonal tərkibli spiral, uşaqlıqda problem (endometrioz, adenomioz, düyünlər) olduğu zaman istifadə olunur.
Bunlardan əlavə mislə örtülmüş qızıl və platin spirallar da mövcuddur. Bu spirallar daha uzun müddət orqanizmdə qala bilər.
Hormonal tərkibli spirallar həm də müalicəvi effektə malikdirlər. Bunlar adətən levonergestrel tərkibli və ya progestaserf tərkibli olurlar.
Spiral doğuşdan 6 həftə sonra, kesar əməliyyatından isə 8 həftə sonra qoyula bilər.
Məqalələr / Ginekoloji Xəstəliklər