Adamların əksəriyyətində eritrositlərin üzərində “rezus-faktor” adlanan zülal olur. Və onlar mövcuddursa, bu müsbət rezusun əlamətidir, lakin bu zülal yoxdursa, rezus mənfi hesab edilir. Əgər gələcək ananın rezusu mənfi, gələcək atanın isə rezusu müsbətdirsə, uşağın rezus-faktorunun müsbət olmaq ehtimalı yüksəkdir. Və əgər ananın və dölün rezus-faktor üzrə qanı üst-üst düşməsə , onda ziddiyət – rezus-konflikt yarana bilər. Uşağın rezus –müsbət eritrositləri ananın rezus-mənfi qanına daxil olur, onun orqanizmi onları yad, özündə təhlükə daşıyan bir ünsür kimi qəbul edir. Müdafiə olunmaq üçün orqanizm “təhlükəni” məhf etməyə yönələn əks cismləri ifraz edir. Belə halda əsl təhlükə döl üçün yaranır. Əks cismlər ciftdən keçərək uşağın qanına keçirlər və onun eritrositlərini məhf etməyə başlayırlar, bu isə oksigen çatışmamazlığına –hipoksiyaya gətirib çıxarır. Bu uşaqda hemolitik xəstəliyin yaranması ilə nəticələnir. Xəstəliyin erkən yaranması rezus-konfliktin vaxtından əvvəl doğuş və ya ölü uşağın doğuşuna səbəb olmasına gətirə bilər.
Mənfi-rezuslu qadınlarda hamiləlik dövründə hər ay antirezus əks cismlərin titrini yoxlamaq lazımdır.
Mənfi rezuslu qadınlara onların qanında əks cismlərin yoxluğu halında uşaqdan anaya qanın keşməsi təhlükəsi olan prosedurların aparılmasından sonra antirezus immunoqlobulinin təyin oluması zəruridir:
- hamiləliyin süni yolla abortu və öz-özünə uşağın salınması;
- uşaqlıq xaricində hamiləlik;
- invaziv diaqnostika;
- hamiləlik dövrü qan axmalar;
- hamilə qadının qarın nahiyəsinin qapalı travması;
- çanaq gəlişi zamanı dölün xarici çevrilməsi
Qanı mənfi rezus olan qadınların hamısı doğuş, abort, uşaq salma, müsbət rezuslu tərəf müqabilindən uşaqlıq xaricində hamiləlikdən sonra ilk 72 saat ərzində antirezuslu immunoqlobulinin profilaktik istifadəsinin vacib olmasını bilməlidirlər.
Təbii Doguş / Keysəriyyə Əməliyyatı