Bəzən sonsuzluğun müalicəsinə görə həkimə müraciət edən cütlükdə heç bir ciddi patologiya aşkar olunmur. Bir çox hallarda bunun səbəbi qadının kiçik çanağında olan bitişmələr olur (insanlar arasında "spayka" kimi tanınır).
Hal hazırda ginekologiyada bitişmə xəstəliyinə çox tez-tez təsadüf edilir. Bitişmə xəstliyi zamanı nə baş verir? Müxtəlif səbəblərə görə (infeksiya, travma, əməliyyat və s.) uşaqlıq borularının ətrafında birləşdirici toxuma əmələ gəlir, uşaqlıq boruları uşaqlığa, yumurtalığa, çanağın divarlarına bitişir ki, bu uşaqlıq borularının hərəkətliliyini pozur. Uşaqlıq borularının normal hərəkətliliyi hamiləliyin baş tutması üçün çox vacibdir. Bitişmələrin səbəbləri:
- kiçik çanaq orqanlarının iltihabları. Buna uşaqlıq, yumurtalıqlar və periton qatının (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) iltihabları aiddir. - qarın boşluğu orqanların iltihabı (məsələn, appendisit). Bir çox hallarda məhz keçirilmiş appendisit qadınlarda kiçik çanaqda bitişmələrə səbəb olur.
- travmalar, cərrahi əməliyyatlar. Uşaqlıqdan kənar hamiləlik, yumurtalığın yırtılması (apopleksiya), qadın cinsiyyət orqanlarında aparılan müxtəlif əməliyyatlar, peritonun travmaları nəticəsində kiçik çanaqda bitişmələr əmələ gələ bilər.
- endometrioz xəstəliyi zamanı normada yalnız uşaqlığın daxilində olan toxuma (endometrium) uşaqlıqdanд "çıxaraq" digər yerlərə yayılır və bu da bitişmələrin əmələ gəlməsinə səbəb olur.
Diaqnozun dəqiqləşdirilməsi üçün qadın cinsi yolla keçən infeksiyalara yoxlanmalı, USM-dən, lazım olduqda MRT-dan keçməlidir. Laparoskopiya bitişmələrin diaqnostikasında ən dəqiq müayinə metodu sayılır.
Məqalələr / Sonsuluğun Müalicəsi