Kolposkopiya- uşaqlıq boynuna, uşaqlıq yoluna xüsusi işıqlandırma və optik böyütmə sistemi olan xüsusi aparatla baxılmasına deyilir.
10,15,20 dəfə böyütməyə malik, rəngli işıq filtrləri olan videokolposkopdan istifadə olunur. ✔️Kolposkopik müayinə uşaqlıq boynunun, uşaqlıq yolunun, xarici cinsiyyət üzvlərinin (vulva) patoloji proseslərinə diaqnoz qoymaq, aparılan müalicənin dinamikasını izləmək və məqsədyönlü biopsiya etməyəyə imkan verir.: - Ektopiyya (psevdo eroziya) - İltihabi proseslər ; Polip, kondiloma, papilloma - Sklerotik və atrofik proseslər ; Xərçəngönü vəziyyətlər( leykoplagiya, xora, və s) - Bədxassəli şişlər ✔️Kolposkopiyaya göstərişlər:
Bu müayinə ginekoloqa müraciət edən, yaşından asılı olmayaraq hər bir qadına aparılmalıdır.Yaşı 35-dən yuxarı olan qadınlardan isə göstəriş üzrə patohisto və patositoloji material götürülür.Çünkü bu müayinə metodu xərçəngönü vəziyyət və xərçəngin preinvaziv mərhələsini təyin etmək üçün aparılır. ✔️Kolposkopiyanın vəzifələri: - Uşaqlıq yolu, uşaqlıq boynu, vulvanın epitelisinin vəziyyətini qiymətləndirmək, - Zədələnmə ocağını aşkar etmək - Xoş prosesləri bədxassəli şişlərdən differensə etmək - Məqsədyönlü biopsiya aparmaq
Məqalələr / Ginekoloji Xəstəliklər