İlk cinsi əlaqə haqqında qorxular və əfsanələr:
İlk cinsi əlaqə nağıllarda təsvir olunan gözəl mərasimlərə bənzəyir. Adətən qızlar bu anı səbirsizliklə, qorxu və ümidlə gözləyirlər. Qızların ilk cinsi əlaqə barədə düşüncələri əfsanələr və qorxuları ilə bağlı olur. Qızların əksəriyyəti ilk cinsi aktın qorxulu, ağrılı və qanaxma ilə müşahidə olunacağını gözləyirlər. Əslində əksər hallarda ilk cinsi əlaqə ağrılı olur. Bunun səbəbi isə uşaqlıq yolunun genəlməyə alışmamasıdır. İdmanla məşğul olan qızlarda da ilk cinsi əlaqə ağrılı olur. Ağrı baş verdiyi anda isə sərt hərəkətlər etməkdənsə, yüngül və sevgi dolu hərəkətlərlə ağrı hissini ört-basdır eləmək olar. Düzdür, bəzi hallarda ilk cinsi əlaqə zamanı qanaxma müşayət oluna bilir. Bu nadir hallarda baş verir və bu zaman həkimlə məsləhətləşmək lazım gəlir. İlk cinsi elaqe barədə çoxlu söyləntilər və əfsanələr var. ”Nə qədər tez olarsa, bir o qədər yaxşıdır” və ya “Nə qədər gec baş verərsə daha yaxşı olar.” Cinsi həyata fiziki və psixoloji olaraq tamamilə hazır olduqda başlamaq lazımdır.
Hər bir cütlüyün ilk cinsi əlaqəsi özünəməxsus olur. Amma, bir şeyi nəzərdən qaçırmamaq lazımdır. Gənc qızlar ilk cinsi əlaqəni düşünərkən onu romantik kitab və filmlərdəki kimi təsəvvür edirlər. Bu səbəbdən də onların çoxu bu barədə xəyal qırıqlığına uğrayırlar. Əslində onların hər şeyə hazır olmaları lazımdır. Qızlar ilk cinsi əlaqəyə girən zaman özlərinin də, qarşılarındakı bəzən də partnyorun da təcrübəsiz olduğunu nəzərə almalıdırlar. Çünki, ilk cinsi əlaqə təcrübəsizlik səbəbindən alınmaya da bilər. Burada qorxulu bir şey yoxdur.
Qızlar oğlanlara cinsi əlaqə barədə təcrübələrinin olmadığını bildirməkdən qorxmamalıdırlar.
İlk cinsi elaqe qorxulu bir şey deyil. Bəzi əfsanələrə görə ilk cinsi əlaqə zamanı hamilə qalmaq mümkün deyil. Mütəxəssislər bunun əsassız olduğunu söyləyirlər. Qızın cinsi əlaqəyə girdiyi oğlana etibar eləməsi lazımdır.
Qızlıq pərdəsi ilk cinsi əlaqə zamanı yırtılmaya bilir. Qızlıq pərdəsinin müxtəlif növləri olur. Onun elastik formaya malik olan növü vardır ki, bu zaman qızlıq pərdəsi yırtılmır. Bu ən çox idmanla məşğul olan qızlarda olur.
Cinsi əlaqə uyğunluğu:
Cinsi əlaqə uyğunluğu hər iki partnyorun: qadın ve kişinin qarşılıqlı istəyi ve sevgisi zamanı baş verir. Bəs bu niyə baş verir? Sizin cinsi əlaqə qurduğunuz insan sizə ümumi həyatdada qayğı sevgi göstərməlidir.
Statistikanın göstəricilərinə əsasən insanların əksəriyyəti müxtəlif məqsədlər üçün partnyoru ilə yatağa girir. Bu səbəblər arasında ailə-məişət, maddi vəziyyət və s. var. Bu cür səbəblər isə kişi və qadının bir-birindən uzaqlaşmasına səbəb olur.
İki insanın intim həyatda vəhdət təşkil etməsi onların temperamentindən və intim həyata qoyduqları addan asılı olur. Ailədə problemlərin başlama səbəbi intim munasibətdə vəhdətin olmamasıdır.
Və yaxud bəzən biz hormonal ve ya başqa problemləri düşünsəkdə, arxada yatan başqa bir problemin olduğunu görürük. Bu isə qadınlarda baş verən Vaginizm problemi olur ki, bu zaman qadın cinsi əlaqəyə nəyinki uymaq hətta icazə belə vermir. Cinsi əlaqə zamanı yoldaşını itələmə, ağlama, titrəmə, sıxma kimi öz iradəsindən aslı olmadan yaranan hərəkətlərlə cinsi əlaqəni mümkünsüz edir. Sanki penis üçün qadın vaginası "ətdən divar" hörür. Bəlkə cinsi əlaqə qura bilsələr bir birlərini tamamlaya biləcək cütlüklər bu xəstəlik haqqında məlumatı olmadığı üçün özlərini cinsi uyğunsuz görürlər. Əksinə vaginizm problemi həll olunduqdan sonra bütün həm ailedaxili, həm intim problemlərdən azad olan cütlüklər tamami ilə xoşbəxt həyat sürürlər. Problemin həlli xoşbəxtliyinizin başlanğıcıdır.
Məqalələr / Vaginizm