Adətən vaginizm xəstəliyindən əziyyət çəkən qadınlar qəmgin olurlar, lakin bu dəfəki pasientim çox pozitiv biri idi. Biz onu bu problemdən qurtardıq. İndi isə o bizə keçirdiyi hissləri, yaşadıqlarını bizimlə bölüşəcək. Pasient: Ailə həyatı qurandan sonra bildim ki, məndə belə bir xəstəlik var. Həmişə pozitiv bir insan olmuşam, lakin bu xəstəlik məndə olandan bəri çox kövrəkləşmişdim. Məni çox qınayırdılar, inanmırdılar ki belə bir xəstəlik var. Axırda sizə müraciət etdim. Müalicə çox rahat şəkildə keçdi. Burdan xanımlara demək istəyirəm ki, qorxmasınlar, sizə güvənsinlər. Vaginizm sizin taleyiniz deyil.
Videolar