Hamiləlik normal və təbii bir prosesdir. Bəzi hallarda hamilə olmadan öncə ana namizədinin orqanizmində olan xəstəliklər və ya hamiləlik dövründə ortaya çıxan problemlər müxtəlif risklərin yaranmasına səbəb olur.
Belə hamiləliklərə riskli hamiləlik və ya yüksək riskli hamiləlik deyilir.
Hamiləlik nə vaxt riskli adlanır?
- Əgər ananın yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa;
- Anada təzyiq, qalxanvari vəzi, şəkər, ürək, qaraciyər, birləşdirici toxuma xəstəlikləri, damar və digər orqanlarda hamiləlik dövrünə aid olmayan, hamiləlikdən əvvəl mövcud olan sistem xəstəliklər varsa;
- Ana çox zəif və ya çox kökdürsə;
- Ana və ata arasında qohumluq əlaqəsi varsa;
- Ana hər hansı bir səbəbdən dərman qəbul edirsə (epilepsiya, psixiatrik xəstəliklər və s.);
- Ana siqaret və ya alkoqol qəbul edirsə;
- Ananın anamnezində təkrarlanan düşüklər varsa;
Hamilə qadınla əlaqəli hamiləlik dövrü problemləri:
- Hamiləlik diabeti (hamiləlik şəkəri, hestasional diabet);
- Hamiləlik zəhərlənməsi (hamiləliklə əlaqədar yaranan yüksək təzyiq, preeklamsiya, eklampsiya, toksemiya);
- Hamiləlik qanaxmaları (vaginal qanaxma);
- Hamiləlikdə uşaqlıq boynu çatışmazlığı (servikal çatışmazlıq);
- Hamiləlikdə dölyanı mayenin vaxtından qabaq axması (prematur zarların yırtılması);
- Hamiləlikdə vaxtından qabaq doğuş təhlükəsi;
Döllə əlaqəli hamiləlik dövrü problemləri:
- Çoxdöllü və əkiz hamiləliklər;
- Döldə inkişaf ləngiməsi;
- Dölyanı mayenin normadan az olması (oliqohidramnion);
- Dölyanı mayenin normadan çox olması (polihidramnion);
- Rh uyğunsuzluq (Rh Alloimmunizasiya);
- Döldə inkişaf qüsurları (döl anomaliyaları);
Hamiləlik dövrünü həm ananın, həm də körpənin sağlam və problemsiz şəkildə keçirə bilməsi üçün hamiləliyə nəzarət, bu sahədə ixtisaslaşmış həkimlər tərəfindən edilməlidir. Hamiləlikdən əvvəl bu xəstəliklərdən hər hansı biri olan hər bir qadın hamilə qalmazdan əvvəl mütləq mütəxəssisə müraciyyət etməlidir.
Təbii Doguş / Keysəriyyə Əməliyyatı